11-01-2023, 21:59 810

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonu qəbul edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı, özünün İtaliyaya son səfərini məmnunluqla qeyd etdi.

Dövlətimizin başçısı İtaliya Respublikası Nazirlər Şurasının yeni Sədri Ciorcia Meloniyə təbrik məktubu göndərdiyini xatırlayaraq, yeni hökumətin formalaşmasından qısa müddət keçməsinə baxmayaraq, müdafiə naziri səviyyəsində ölkəmizə səfərin həyata keçirilməsinin əlaqələrimizin yaxşı göstəricisi olduğunu qeyd etdi və əminliyini bildirdi ki, yeni hökumətlə Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaq.

Romanın tarixi rayonunda Azərbaycan səfirliyinin yeni binasının açılışında ilk tədbirin ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasiminə həsr olunduğu xatırladan Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin Azərbaycandakı binasının inşasının yekunlaşmaq üzrə olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycan-NATO və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsində İtaliyanın verdiyi töhfəni yüksək qiymətləndirərək qeyd etdi ki, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində uğurlu əməkdaşlıq aparılır. Prezident İlham Əliyev bu baxımdan Cənub Qaz Dəhlizinin səmərəli fəaliyyətini vurğuladı. Prezident İlham Əliyev Quido Krosettonun Azərbaycana səfərinin həm ölkələrimizin aidiyyəti qurumları arasında, həm də daha geniş mənada əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi, ikitərəfli münasibətlərimizin bundan sonra da mökhkəmlənəcəyinə ümidvarlığını ifadə etdi.

Prezident İlham Əliyev ilə görüşdən şərəf duyduğunu bildirən Quido Krosetto, ilk növbədə, İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, səfərdən öncə İtaliya Prezidenti ilə görüşü zamanı Sercio Mattarella özünün Azərbaycana, dövlətimizin başçısının isə İtaliyaya səfərini məmnunluqla xatırlayıb və Azərbaycan Prezidenti ilə dostluq əlaqələrinin mövcudluğunu bir daha vurğulayıb.

Dövlətimizin başçısı salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliya Prezidentinə çatdırmağı xahiş etdi.

Quido Krosetto səfərdən əvvəl, eyni zamanda, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni ilə də görüşdüyünü bildirərək qeyd etdi ki, Ciorcia Meloni vurğulayıb ki, İtaliya müdafiə nazirinin ölkəmizə səfəri İtaliya hökumətinin Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu göstərir.

Nazir Quido Krosetto qeyd etdi ki, Azərbaycan Prezidentinin İtaliyaya səfərləri bu ölkədə hər zaman böyük məmnunluqla qarşılanır.

Qonaq Prezident İlham Əliyevin Azərbaycan-NATO və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında İtaliyanın oynadığı rola verdiyi qiymətə görə minnətdarlığını ifadə etdi.

Quido Krosetto Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını dedi.

Söhbət zamanı energetika, inşaat, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi.

Paylaş

Xəbər lenti

Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA Bu gün, 17:48 FHN əhaliyə hava xəbərdarlığı edir Bu gün, 17:48 Kadir İnanırın pulu və qızılları oğurlandı Bu gün, 17:48 "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib Bu gün, 17:48 Rusiya dronların yığılması üçün 25 minə qədər Şimali Koreya vətəndaşını işə götürür Bu gün, 17:48 Kimsəsizlər evində yaşayan 78 yaşlı aktrisanın SON HALI Bu gün, 17:48 Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq Bu gün, 17:48 74 yaşlı Harvi Vaynşteyn 15 il müddətinə həbs edildi Bu gün, 17:48 Rauf Arifoğlu: "Paşinyan istəsəydi, Vardanyanın qarşısını alardı" Bu gün, 17:48 Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək Bu gün, 17:48 "Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqları məhv edilib Bu gün, 16:48 Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır" Bu gün, 16:48 "Trendyol" sifarişləri gecikir - Quru yolla daşınır? Bu gün, 16:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb Bu gün, 16:48 Yaxın 4 ildə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri ELAN EDİLDİ Bu gün, 16:48 Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib Bu gün, 16:48 Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib Bu gün, 16:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib Bu gün, 16:48 Sergey Sosedov 58 yaşında vəfat etdi Bu gün, 16:48 Prezident Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb Bu gün, 16:48 Rodri "Barselona"da onu ən çox təəccübləndirən futbolçunun adını açıqladı Bu gün, 15:48 BƏƏ İrana uçuşları dayandırdı – ABŞ sanksiyaları əsas gətirildi Bu gün, 15:48 58 yaşlı kişi gəncləşmək üçün Viyetnama getdi, tanınmaz hala düşdü Bu gün, 15:48 Bakının Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib Bu gün, 15:48 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA Bu gün, 15:48 DİN-in duracaqlarında nəqliyyat vasitələrinin saxlanılmasının məbləği təsdiqlənib Bu gün, 15:48 Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var Bu gün, 15:48 Həkim səhər yeməyində bu qidalardan uzaq durmağı tövsiyə edib Bu gün, 14:48 "Dubl-Bom"un aparıcısı: "Bir dəfə məni avtobusda yatanda çəkib, verilişə göndərmişdilər" Bu gün, 14:48 "Formula-1": Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü başa çatıb Bu gün, 14:48 Qazaxıstanda təlim zamanı faciə: 9 hərbçi həlak oldu, 10 nəfər axtarılır Bu gün, 14:48 Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu Bu gün, 14:48 Ermənistandan Azərbaycana ixrac edilən məhsulun adı açıqlandı Bu gün, 14:48 Sakinlərin kanalizasiya şikayətinə RƏSMİ CAVAB: "Min manat cərimələnə bilərlər" Bu gün, 14:48 Zeynəb Xanlarova İtaliyada dincəlir Bu gün, 14:48 Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi Bu gün, 13:48 Ramina Saadatkhanın əsəri "Cadillac"ın Azərbaycan Qran-Prisi posterində Bu gün, 13:48 İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 "Yeraltı"nın aktrisası özünə 8 milyonluq cip aldı Bu gün, 13:48 İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTO Bu gün, 13:48 Kenan İmirzalıoğlu ilə Bergüzar Korelin serialı FİNAL EDİR Bu gün, 13:48 Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim" Bu gün, 13:48 AZAL Bakıda "Boeing 787 Dreamliner" uçuş simulyatorunu nümayiş etdirir Bu gün, 13:48 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA Bu gün, 12:48 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq Bu gün, 12:48 Bakıda 51 min manatlıq oğurluq olub Bu gün, 12:48 Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR