
Bakının Hövsan qəsəbəsi istiqamətində hərəkət edən sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli vəziyyət yaradıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, "77-GT-538" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsini əks hərəkət zolağına çıxarıb. Bu isə yolda hərəkət edən digər sürücülər üçün ciddi qəza riski yaradıb.
Həmin videonu təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.