14-04-2022, 22:34 1024

Sahibə Qafarova Albaniyanın Baş naziri ilə görüşüb
Aprelin 14-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Albaniyanın Baş naziri Edi Ramanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan Milli Məclisin sədri bildirib ki, bu səfər Azərbaycan ilə Albaniya arasında yaxın dostluq münasibətlərinin göstəricisidir və ölkələrimizin bütün sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu sübut edir.
 
Spiker Sahibə Qafarova bu səfərin qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə və genişləndirilməsinə yeni təkan verəcəyinə inamını ifadə edib. Bildirib ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur, səfirlərimiz iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün çox işlər görürlər.
 
Milli Məclisin sədri bildirib ki, Azərbaycan və Albaniya dost və tərəfdaş ölkələrdir, ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir. Transadriatik boru kəməri kimi layihələrin həyata keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək də bunun bariz sübutudur.
 
İki ölkənin münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyətindən danışan Sahibə Qafarova Azərbaycanla Albaniya arasında iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin artırılmasının vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, bu gün iqtisadi əməkdaşlığın inkişafı və qarşılıqlı ticarətin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
 
Milli Məclisin sədri münasibətlərimizin dərinləşməsində parlamentlərin rolunu vurğulayıb. Bu sahədə əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Sahibə Qafarova deputatlarımızın beynəlxalq parlament təşkilatları çərçivəsində təmsil olunmasından və səmərəli qarşılıqlı fəaliyyət göstərməsindən məmnunluğunu bildirib, dostluq qruplarının fəaliyyətini təqdir edib.
 
Söhbət zamanı spiker Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verərək, bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan 20 faiz ərazisini azad edərək ərazi bütövlüyünü bərpa edib. Ölkəmiz bununla bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü həyata keçirib.
 
Spiker bildirib ki, Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb. Sahibə Qafarova qeyd edib ki, hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün sürətli bərpa işləri aparır. Burada kommunikasiyaların bərpası, həyata keçiriləcək layihələr bütün regionun inkişafına təkan verəcəkdir.
 
Milli Məclisin sədri bildirib ki, Azərbaycan xalqı tolerant xalqdır və ölkəmiz multikultural dəyərlərə sadiqdir. Azərbaycan münasibətlərin normallaşdırılması üçün Ermənistana 5 maddədən ibarət təkliflər irəli sürüb. Artıq qarşı tərəfdən müsbət siqnallar alınmaqdadır. İnanırıq ki, tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaq, regionda davamlı sülh və sabitlik bərqərar olacaq. Biz müharibədən deyil, sülhdən danışmaq istəyirik.
 
Qonaqpərvər münasibətə görə minnətdarlığını ifadə edən Albaniyanın Baş naziri Edi Rama ölkəsinin Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük önəm verdiyini qeyd edib. O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin Albaniyada müsbət dəyərləndirildiyini diqqətə çatdırıb.
 
Albaniya nümayəndə heyətinin tərkibinə deputatların da daxil olduğunu deyən qonaq, parlamentlər arasında qanunvericilik sahəsində əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi barədə fikirlərini bölüşüb. Bildirib ki, Albaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi həmişə Azərbaycanı dəstəkləyib.
 
Baş nazir iki ölkə arasındakı qarşılıqlı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
 
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
 
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Albaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Etibar Əliyev, Azərbaycanın Yunanıstanda və Albaniyada səfiri Anar Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.
 
Paylaş

Xəbər lenti

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirəcək Bu gün, 10:48 Lamin Yamalın atası hava limanında ofisiant qadının üzünə tüpürüb Bu gün, 10:48 Bakıda mikromobillik zolaqlarının uzunluğu 68 kilometrə çatdırılıb Bu gün, 10:48 Planet FM (88.7) Qafqazın radio məkanında ilkə imza atdı! Bu gün, 10:48 Prezident İƏT-ə üzv dövlətlərin korrupsiya orqanlarının rəhbərlərinin iclasına müraciət ünvanlayıb Bu gün, 10:48 İlham Əliyev: Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, iqtisadi inkişafa xələl gətirən cinayətdir Bu gün, 10:48 Prezident: İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb Bu gün, 10:48 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı Bu gün, 09:48 Bolsonaronun oğlu ailəsi ilə birlikdə ABŞ-yə qaçdı Bu gün, 09:48 Bəzi rayonlarda işıq olmayacaq Bu gün, 09:48 Dünyanın ən yaraşıqlı kişisi seçildi Bu gün, 09:48 "Neftçi" FIBA Avropa Kubokunun müntəzəm mövsümündə dördüncü oyununa çıxacaq Bu gün, 09:48 Xırdalanda maşının təkəri lükə düşdü Bu gün, 09:48 Xalq artistinin oğlu Çində Ali təhsil alır Bu gün, 09:48 "Qarabağ" klubu bu futbolçu ilə yollarını ayırıb Bu gün, 08:48 Bakıda 4 rayonda işıq olmayacaq - KÜÇƏLƏRİN ADLARI Bu gün, 08:48 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi? Bu gün, 08:48 Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU Bu gün, 08:48 Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər Bu gün, 08:48 Bakıda selin dağıtdığı körpünün yerində yenisi İNŞA EDİLDİ Bu gün, 08:48 Dünyanın sonu nə zaman gələcək? 2012-ci ilin sirri, dini inanclar və elmin verdiyi cavab Bu gün, 00:48 Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Tərtərin bombalanmasından 6 il ötür Bu gün, 00:48 Həsrət Cəfərov dünya çempionatında medalsız qaldı Dünən, 23:48 Azərbaycanlıların yaşadığı Qıvraq kəndi: tarixdən silinən izlər və susan yaddaş Dünən, 23:48 Sankt-Peterburqdakı sabiq baş konsulun cinayət işi: Sultan Qasımov 191 minlik dələduzluqda ittiham edilir Dünən, 23:48 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı Dünən, 23:48 TRIPP sülh sazişindən öncə işə düşəcək? Dünən, 23:48 Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq Dünən, 23:48 Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir Dünən, 22:48 AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq Dünən, 22:48 Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb Dünən, 22:48 Tramp "süni intellekt" terminini qadağan etmək istəyir Dünən, 22:48 BTQ: "Fransa Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək hüququna qarşı çıxır" Dünən, 22:48 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi Dünən, 21:48 Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq dərindir Dünən, 21:48 Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək Dünən, 21:48 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib Dünən, 21:48 TƏBİB-in yeni rəhbəri kimdir? Dünən, 20:48 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu Dünən, 20:48 Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir Dünən, 20:48 Ceyhun Bayramov BMT Turizmin Baş katibi ilə görüşüb Dünən, 20:48 Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib Dünən, 20:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 19:48 Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir" Dünən, 19:48 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib Dünən, 19:48 Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib Dünən, 19:48 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR