
Yaponiyanın Baş naziri Fumio Kisida ABŞ Prezidenti Cozef Baydenə Tokionun ABŞ-nin “Tomahawk” qanadlı raketlərini almaq niyyətini çatdırıb.
“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Güman edilir ki, bu raketlər Yaponiya Özünümüdafiə Qüvvələrinin düşmən bazalarına cavab zərbələri endirmək qabiliyyətini artırmaq proqramının bir hissəsi olmalıdır.
Vaşinqtonda Baydenlə görüşü zamanı Kisida vurğulayıb ki, “Yaponiya və ABŞ təhlükəsizlik baxımından misli görünməmiş sərt və çətin vəziyyətdədir”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.