
Futbol üzrə dünya çempionatının final qarşılaşmasını idarə edəcək baş hakim müəyyənləşib.
BAKU.WS xəbər verir ki, həlledici görüşdə üz-üzə gələcək İspaniya və Argentina yığmalarının oyununu sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
Dünya çempionatında üçüncü yer uğrunda keçiriləcək Fransa - İngiltərə matçına isə venesuelalı hakim Xesus Valensuela təyinat alıb.
Qeyd edək ki, Fransa - İngiltərə qarşılaşması iyulun 18-dən 19-na keçən gecə Bakı vaxtı ilə saat 01:00-da başlayacaq. İspaniya - Argentina arasında keçiriləcək final oyununun start fiti isə iyulun 19-da, saat 23:00-da səslənəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.