
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Omanda yerləşən iki hərbi radar obyektinə zərbə endirdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, SEPAH-ın yaydığı məlumata əsasən, cavab əməliyyatları çərçivəsində Hərbi Dəniz Qüvvələri Salama qayalarında yerləşən dəniz nəzarət radarını və Qanam bölgəsindəki hava nəzarət radarını hədəfə alaraq sıradan çıxarıb.
Bəyanatda qeyd olunub ki, əməliyyatlar İrana qarşı hücumlara cavab olaraq həyata keçirilir və davam etdiriləcək.
SEPAH həmçinin bildirib ki, hazırda Hörmüz boğazına nəzarət İranın Hərbi Dəniz Qüvvələrinin əlindədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.