
2022-ci ildə Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxil olmuş 4,6 milyard manatın 2,9 milyard manatı qeyri-büdcə sektorunun payına düşüb.
"AVESTA.AZ" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 19,2 % çoxdur.
Bundan başqa, ötən il işsizlikdən sığorta haqları üzrə daxil olmuş 160,2 milyon manatın 116,5 milyon manatı, icbari tibbi sığorta haqları üzrə daxil olmuş 822,1 milyon manatın isə 563,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bunlar isə əvvəlki ilə nisbətən müvafiq olaraq 17,5 % və 47,4 % artım deməkdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.