
Almaniyanın yeni müdafiə naziri Boris Pistorius Bundestaqda and içərək fəaliyyətə başlayıb.
Bu barədə "AVESTA.AZ" Almaniya KİV-lərinə istinadən xəbər verir.
Xatırladaq ki, o, bu vəzifəyə yanvarın 17-də Kristin Lambrext istefa verdikdən sonra təyin edilib.
B.Pistorius 1960-cı ildə anadan olub. 2006-2013-cü illərdə Osnabrük şəhərinin meri, 2013-cü ildən isə Aşağı Saksoniya Daxili İşlər Nazirliyinin rəhbəridir. O, Almaniya Sosial Demokrat Partiyasının üzvüdür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.