
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi nigeriyalı vinger Kristian Nvaçukvunu transfer edib.
20 yaşlı futbolçu İngiltərənin "Şeffild Yunayted" klubundan "Sabah"a keçib. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Kristian Nvaçukvu karyerası ərzində Bolqarıstanın "Botev Plovdiv" (2024/25 mövsümü) və Türkiyənin "Serikspor" (2026) klublarında da çıxış edib.
Qeyd edək ki, nigeriyalı futbolçu yeni mövsümdən etibarən "Sabah"ın uğurları üçün mübarizə aparacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.