
Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadəb xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Pirsaat kəndinin keçən hissəsində qeydə alınıb.
"KamAz" markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini 1979-cu il təvəllüdlü İbadova Svetlana Ocaqverdi qızı həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.