
BAKU.WS xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail hərbçilərinə qarşı hücumlar hazırladığı iddia edilən şəxslərə dəqiq zərbələr endirilib.
Məlumata əsasən, əməliyyat nəticəsində HƏMAS-ın Qəzza zolağının şimalındakı "Cəbaliyə" batalyonunun komandiri Əhməd Xudar, Qəzza şəhərində fəaliyyət göstərən "İslam ordusu" qruplaşmasının üzvü İmad Xamis Taram və Fələstinin "İslam cihadı" təşkilatının üzvü Həsən İbrahim Şəhadə Kəhman öldürülüb.
İsrail tərəfi iddia edir ki, adıçəkilən şəxslər ölkənin hərbçilərinə və mülki vətəndaşlarına qarşı hücumlar planlaşdırırdılar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.