
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Olqa Stefanişinanın vəzifəsinə xitam verib.
AVESTA.AZ xəbər verir ki, bu barədə qərar prezidentin rəsmi internet saytında dərc olunan fərmanda əksini tapıb.
Fərmana əsasən, Olqa Stefanişina ABŞ-da Ukraynanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad olunub.
Sənəddə kadr dəyişikliyinin səbəbi ilə bağlı əlavə məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.