
Rejissor Kristofer Nolanın "Odisseya" filmi dünya üzrə nümayişindən cəmi üç həftə sonra 1 milyard dollar gəlir əldə edib.
AVESTA.AZ xəbər verir ki, ekran əsəri hazırda dünya kinoteatrlarında böyük maraqla qarşılanır və gəlirlərinə görə yalnız "Hörümçək adam: Yeni gün" filmindən geri qalır.
Bununla da "Odisseya" 2026-cı ildə 1 milyard dollar gəlir həddini keçən beşinci film olub. Eyni zamanda ekran əsəri Nolanın "Oppenheymer" filmini geridə qoyaraq rejissorun karyerasında ən çox gəlir gətirən üç film sırasına daxil olub.
Kino analitiklərinin proqnozuna görə, "Odisseya"nın ümumi kassa gəlirlərinin 1,5 milyard dollara çatacağı gözlənilir. Bununla belə, filmin 2026-cı ilin ən çox gəlir əldə edən ekran əsəri olması ehtimal edilmir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.