
Abşeronda yerləşən mənzillərin birindən ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə AVESTA.AZ-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Cavadov və N.Mustafayev müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar zamanı onların qızıl-zinət əşyalarını usta kimi işlədikləri mənzildən oğurladıqları müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.