
Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda 4,5 maqnitudalı zəlzələ baş verib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı yerin 7,44 kilometr dərinliyində yerləşib.
Təkanların Qaziantep və ətraf ərazilərdə hiss edildiyi bildirilib. Hadisə nəticəsində dağıntı və ya digər ciddi fəsad qeydə alınmayıb.
AFAD zəlzələdən sonra bölgədə vəziyyətin qiymətləndirilməsi və mümkün təsirlərin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların aparıldığını açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.