
"İnter Mayami"nin argentinalı ulduzu Lionel Messi ölkəsinin bəzi media qurumlarına qarşı hüquqi tədbirlər görməyi planlaşdırır. Futbolçu hesab edir ki, atasının dəfn mərasimi zamanı ailəsinin şəxsi həyatına müdaxilə edilib.
AVESTA.AZ xəbər verir ki, bu barədə argentinalı jurnalist Fran Kasaretto "X" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Messi Xorxe Messi ilə vida mərasimində ailəsinin şəxsi həyat toxunulmazlığını pozduğunu düşündüyü Argentina media orqanlarına qarşı qanuni addımlar atacağını təsdiqləyib.
Qeyd edək ki, Lionel Messinin atası Xorxe Messi ilə vida mərasimi avqustun 9-da keçirilib. Mərasim gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində təşkil olunub və ərazidə çox sayda mühafizəçi olub.
Məlumata görə, vida mərasimində yalnız ailə üzvləri iştirak edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.