
Macarıstan parlamenti Ali Məhkəmənin keçmiş sədri Andraş Bakanı ölkənin yeni prezidenti seçib.
AVESTA.AZ xəbər verir ki, səsvermə Macarıstanın baş naziri Peter Macarın "YouTube" kanalında canlı yayımlanıb.
Bakanın namizədliyini 140 deputat dəstəkləyib, 6 nəfər əleyhinə səs verib, bitərəf qalan olmayıb.
Andraş Baka 2009-2011-ci illərdə Macarıstan Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb. Daha əvvəl, 1991-2007-ci illərdə o, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.