13-08-2026, 12:48 34

"Azərsun Holdinq" Azərbaycanda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, yerli xammal bazasının genişləndirilməsi və bitki yağı istehsalında idxaldan asılılığın azaldılması istiqamətində yeni layihəyə start verib.

Layihə çərçivəsində cari ildə Biləsuvar və Həkəri ərazilərində ümumilikdə 229 hektar sahədə günəbaxan əkini həyata keçirilib. Mövsüm ərzində bu sahələrdən təxminən 600 ton günəbaxan məhsulunun əldə olunması gözlənilir.

Şirkətin uzunmüddətli strategiyasına əsasən, 2030-cu ilədək günəbaxan əkinlərinin 1 800 hektara, yağ istehsalının isə 4 000 tona çatdırılması planlaşdırılır.

Layihənin əsas məqsədi yerli günəbaxan istehsalını artırmaqla Bakı Qida və Yağ Fabrikinin xammal təminatında yerli resursların payını mərhələli şəkildə yüksəltmək, kənd təsərrüfatı istehsalçıları ilə əməkdaşlığı genişləndirmək və ölkənin ərzaq təhlükəsizliyinə töhfə verməkdir.

Yerli xammalın emal payı artırılacaq

Bakı Qida və Yağ Fabrikinin direktoru Şahəddin İbrahimov bildirib ki, yerli xammal bazasının gücləndirilməsi şirkətin strateji prioritetlərindən biridir.

Onun sözlərinə görə, yerli günəbaxandan istifadənin genişləndirilməsi logistika xərclərinin optimallaşdırılmasına, tədarük müddətinin qısaldılmasına və istehsal prosesinin davamlılığının təmin edilməsinə imkan verəcək.

"Məqsədimiz yerli xammalın emal payını ildən-ilə artırmaq, daxili istehsalı gücləndirmək və ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdir", – deyə Şahəddin İbrahimov qeyd edib.

Bakı Qida və Yağ Fabriki yerli günəbaxanın qəbulu və emalı üçün müasir texnologiyalarla təchiz olunub. Müəssisədə xammalın keyfiyyətinə laboratoriya nəzarəti həyata keçirilir, istehsal prosesləri isə müasir avtomatlaşdırılmış sistemlər vasitəsilə idarə olunur.

"Əkin sahələri mərhələli şəkildə genişləndiriləcək"

"Azərsun Kənd Təsərrüfatı Məhsulları"nın müdiri Rüstəm Rüstəmov bildirib ki, cari mövsümdə Biləsuvar və Həkəri ərazilərində əkilən 229 hektar sahədə bitkilərin inkişafı qənaətbəxşdir.

"Əsas məqsədimiz yüksək məhsuldarlıq əldə etmək, növbəli əkin sisteminə uyğun sahələri genişləndirmək və dayanıqlı yerli xammal bazası formalaşdırmaqdır", – deyə Rüstəm Rüstəmov bildirib.

Planlara əsasən, əkin sahələrinin genişləndirilməsi mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, 2027-ci ildə əkin sahələrinin 723 hektara, 2028-ci ildə 1 487 hektara, 2029-cu ildən etibarən isə təxminən 1 825 hektara çatdırılması nəzərdə tutulur.

Bununla yanaşı, suvarma infrastrukturunun genişləndirilməsi, torpaq ehtiyatlarının qiymətləndirilməsi və müasir aqrotexnologiyaların tətbiqi istiqamətində də işlər davam etdirilir.

"Müasir aqrotexnologiyalar tətbiq olunur"

Günəbaxan əkinlərində yüksək məhsuldarlığın təmin edilməsi məqsədilə torpağın hazırlanması, sertifikatlaşdırılmış toxumlardan istifadə, optimal müddətdə səpin, torpaq analizlərinə əsaslanan gübrələmə, müasir suvarma sistemlərinin tətbiqi, eləcə də bitkilərin xəstəlik və zərərvericilərdən qorunması kimi aqrotexniki tədbirlər həyata keçirilir.

Cari mövsümdə hər hektardan orta hesabla 25–30 sentner məhsuldarlıq əldə olunması gözlənilir. Məhsul yığımının mərhələli şəkildə həyata keçirilməsi və əldə olunan məhsulun operativ şəkildə emal müəssisəsinə çatdırılması planlaşdırılır.

"Yerli xammal bazasının genişləndirilməsi əsas prioritetlərdəndir"

"Azərsun Holdinq"in Baş İcraçı direktoru Savaş Uzan bildirib ki, şirkətin inkişaf strategiyasına uyğun olaraq yerli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və strateji xammal bazasının genişləndirilməsi prioritetlərdəndir.

Günəbaxan istehsalının genişləndirilməsi ətraf bölgələrdə fəaliyyət göstərən fermerlərin bu sahəyə cəlb olunmasına, kənd təsərrüfatında istehsal imkanlarının artırılmasına və yerli emal sənayesinin xammalla daha dayanıqlı təminatına şərait yaradacaq.

"Azərsun Holdinq" qarşıdakı illərdə yerli günəbaxan istehsalının həcmini artırmağı, əkin sahələrini genişləndirməyi və bitki yağı istehsalında yerli xammalın payını mərhələli şəkildə yüksəltməyi hədəfləyir. Şirkət bu istiqamətdə həyata keçirdiyi layihələrlə Azərbaycanın ərzaq təhlükəsizliyinə və yerli kənd təsərrüfatının inkişafına töhfəsini davam etdirməyi planlaşdırır.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR