
ABŞ-nin Teksas ştatında "AH-64 Apache" tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində iki pilot həyatını itirib.
AVESTA.AZ xarici mediaya istinadən xəbər verir ki, hadisə Salado bölgəsində, avqustun 12-də saat 13:35 radələrində baş verib. Helikopter boş əraziyə düşüb.
Qəza nəticəsində ərazidə yanğın baş verib, yaxınlıqdakı bəzi evlər ehtiyat tədbiri olaraq təxliyə edilib.
Helikopterin hər hansı tikiliyə və ya mülki şəxsə çırpılmadığı bildirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.