
Hörmüz boğazında tanker pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarətinin Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, tanker Hörmüz boğazından çıxarkən dronun zərbəsinə məruz qalıb. Gəmi cüzi zədələnib.
Bildirilib ki, ekipajın bütün üzvləri təhlükəsizlikdədir. Gəminin adı açıqlanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.