15-08-2026, 16:48 30

Yaşlı nəsildə illərdir təxirə salınan ailə konfliktlərinin nəticəsi:

Son beş ildə 60 yaş və daha yuxarı yaşda olan şəxslər arasında boşanmaların sayı nəzərəçarpacaq dərəcədə artıb. Mütəxəssislər bildirirlər ki, bu qərar bəzən yaşlılıqda yaranan problemdən deyil, 30-40 il əvvəl başlayıb illərlə təxirə salınan ailədaxili konfliktlərdən qaynaqlanır.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Boşanma daha çox gənc ailələrin qarşılaşdığı problem kimi qəbul edilir. Lakin Azərbaycanda son illərin statistikası göstərir ki, nikahın pozulması yalnız gənc yaşlarla məhdudlaşmır. 60 və daha yuxarı yaşda olan insanlar arasında da boşanmaların sayı artır. 2021-ci ildə 60 və daha yuxarı yaşda 563 kişi boşanıb. 2022-ci ildə bu göstərici 528 nəfərə ensə də, sonrakı illərdə yenidən artaraq 2023-cü ildə 693, 2024-cü ildə 761, 2025-ci ildə isə 838 nəfərə çatıb. Beləliklə, 2021-ci illə müqayisədə 2025-ci ildə bu yaş qrupunda boşanan kişilərin sayı 275 nəfər və ya 48.8 faiz artıb. Qadınlar arasında da oxşar dinamika müşahidə olunur. 2021-ci ildə 60 və daha yuxarı yaşda 293 qadın boşanıb. 2022-ci ildə bu rəqəm 274, 2023-cü ildə 366, 2024-cü ildə 405, 2025-ci ildə isə 431 nəfər olub. Bu isə beş il ərzində 138 nəfər və ya 47.1 faiz artım deməkdir. Bəs 30-40 illik evlilikdən sonra cütlüklər niyə ayrılmaq qərarına gəlirlər? İnsan 60 yaşına qədər boşanmayıbsa, niyə məhz bu yaşdan sonra belə qərar verir?

Yaşlı nəsildə illərdir təxirə salınan ailə konfliktlərinin nəticəsi:

Psixoloji dönüş nöqtəsi

Psixoloq Günel Hacızadənin sözlərinə görə, 60 yaşdan sonra boşanmanı "uşaqlar getdi, ər-arvad bir-birinə dözə bilmədi" kimi izah etmək düzgün deyil. Araşdırmalar göstərir ki, boşanmanın əsasını çox vaxt münasibətlərdə daha əvvəldən mövcud olan problemlər təşkil edir:

"Boş yuva və pensiya dövrü isə bəzən sadəcə həmin problemləri daha görünən edir. Cütlük 30-35 il ərzində uşaqlara görə, maddi səbəblərdən, "el-aləm nə deyər?" düşüncəsi ilə münasibətdəki ciddi problemlərə dözə bilər. Bəzən isə "onsuz da bu yaşdan sonra nə dəyişəcək?" düşüncəsi insanı münasibətdə qalmağa sövq edir. Lakin 60 yaşda insan qarşısında tamam başqa zaman perspektivi görür. "Mənim qarşıda hələ 20-30 il həyatım ola bilər. Mən bu illəri də belə keçirmək istəyirəmmi?" - bu, çox güclü psixoloji dönüş nöqtəsidir".

Yaşlı nəsildə illərdir təxirə salınan ailə konfliktlərinin nəticəsi:

"Qalan ömrümü belə yaşamaq istəmirəm" düşüncəsi

G.Hacızadənin fikrincə, uzunmüddətli emosional laqeydlik, xəyanət, alkoqol asılılığı, təhqir, fiziki və ya psixoloji zorakılıq, həddindən artıq nəzarət, maliyyə problemləri, ailə daxilində bərabərsiz yük, eləcə də tərəflərin illər ərzində bir-birindən uzaqlaşması kimi problemlər uzun müddət davam edə bilər. Yaşlıların boşanmalarına dair araşdırmalarda da zorakılıq, xəyanət, asılılıq və artıq bərabərsizliyə dözməmək kimi amillərin mühüm rol oynadığı göstərilir:

"Qalan ömrümü belə yaşamaq istəmirəm" düşüncəsi isə bu yaşda boşanmanın əsas psixoloji məqamlarından biridir. Bu düşüncə 60 yaşdan sonra daha güclü hiss edilir. Çünki gənc insanın qarşısında "hələ çox vaxtım var" düşüncəsi dayanır. 60 yaşlı insan isə həyatın və zamanın məhdudluğunu daha real hiss edir".

"Yaş artdıqca insanın həyata baxışı dəyişir"

Sosioloq Naib Niftəliyev isə bildirir ki, boşanmaların səbəbini yalnız statistik rəqəmlər əsasında müəyyənləşdirmək mümkün deyil. Onun sözlərinə görə, burada obyektiv sosioloji səbəblər, sosial-iqtisadi motivlər, eləcə də 20-30 il ərzində davam etmiş mənəvi və psixoloji konfliktlər nəzərə alınmalıdır:

"Münasibətlərdə davamlı uzaqlaşma, qarşılıqlı anlaşılmazlıq, tərəflərin emosional baxımdan bir-birini tamamlamaması və yalnız məişət-iqtisadi səbəblər üzərində qurulan ailə münasibətləri müəyyən müddətdən sonra ciddi problemlərə gətirib çıxara bilər. Uşaqların böyüməsindən sonra ailədə "boş yuva" mərhələsinin yaranması da bu problemləri daha görünən edir".

Yaşlı nəsildə illərdir təxirə salınan ailə konfliktlərinin nəticəsi:

Sosioloqun fikrincə, insanların gənc yaşlarında boşanmamasının arxasında mənzil və əmlak məsələləri, iqtisadi asılılıq, qohumların münasibəti, ictimai qınaq və ailənin dağılması qorxusu kimi amillər dayanır. Yaş artdıqca isə insanın həyata baxışı dəyişir:

"Gənc yaşlarda insan özünü daha çox valideyn, həyat yoldaşı və ailə üzvü kimi görür. Övladlar müstəqil həyata keçdikcə isə insanın öz şəxsi ehtiyaclarına diqqət yetirmək zərurəti artır. Sağlamlığa, rahatlığa və həyat keyfiyyətinə daha çox əhəmiyyət verilir. Bu mərhələdə insan həyatının qalan hissəsini necə yaşamaq istədiyini daha çox düşünməyə başlayır. Bu baxımdan boşanma bəzi insanlar üçün çıxış yolu və ya bir növ xilas vasitəsi kimi qəbul olunur".

Yaşlı nəsildə illərdir təxirə salınan ailə konfliktlərinin nəticəsi:

"Bəzən boşanma 60 yaşda yox, 30 yaşda başlayır"

N.Niftəliyev hesab edir ki, 60 yaşdan yuxarı insanların birgə yaşaması gözlənilən olsa da, ciddi konflikt və qarşılıqlı zərər olduğu halda ayrılıq qərarını anlamaq mümkündür:

"Bu, 60 yaşda da, 70 yaşda da baş verə bilər. İnsan müəyyən yaşdan sonra rahatlığa, normal ünsiyyətə və sakit həyata daha çox ehtiyac duyur. Bu baxımdan 60 yaşdan sonra boşanma qərarını bəzən 30-40 yaşlarında başlayan problemlərin gecikmiş nəticəsi kimi qiymətləndirmək olar. Bu, bir növ gecikmiş dəyərləndirmə prosesidir".

N.Niftəliyevin sözlərinə görə, cəmiyyətin 60 yaşdan sonra boşanmaya münasibətində də müəyyən dəyişikliklər müşahidə olunur:

"El-aləm nə deyər?" düşüncəsi əvvəlki qədər güclü deyil. Lakin ictimai rəyin təsiri tamamilə aradan qalxmayıb. Xüsusilə kiçik icmalarda, konservativ sosial mühitdə və geniş qohumluq əlaqələrinin güclü olduğu ailələrdə bu təsir hələ də qalır".

Yaşlı nəsildə illərdir təxirə salınan ailə konfliktlərinin nəticəsi:

Artımın özündən çox, səbəbləri araşdırılmalıdır

Sosioloq hesab edir ki, 2021-2025-ci illərdə 60 yaşdan yuxarı şəxslər arasında boşanmaların artımına yalnız narahatlıq prizmasından yanaşmaq doğru deyil. Onun fikrincə, əsas məsələ bu tendensiyanın səbəblərini araşdırmaq, ailədaxili problemlərin həlli üçün düzgün modellər formalaşdırmaq və sağlam ailə münasibətlərinin təşviqinə sistemli yanaşmaqdır:

"Bu baxımdan məsələ yalnız statistik göstərici deyil, həm də sosial-hüquqi və sosial-etik maarifləndirmə mövzusudur. Ailə qurarkən olduğu kimi, boşanarkən də bütün nəticələri ölçüb-biçmək vacibdir".

Paylaş

Xəbər lenti

Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər? Bu gün, 15:48 "Hörümçək-adam"ın ulduzu boşandığı həyat yoldaşının toyunda aparıcılıq edib Bu gün, 15:48 Qaradağda məktəb direktorunun maşını yandırılıb Bu gün, 15:48 Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib Bu gün, 15:48 Yasamalda məktəbi yandırmağa cəhd etdilər Bu gün, 15:48 Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib Bu gün, 15:48 Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı Bu gün, 15:48 Dünya bazarında neftin qiyməti 105 dollar ətrafında sabitləşib Bu gün, 15:48 İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb Bu gün, 15:48 Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib Bu gün, 14:48 Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib Bu gün, 14:48 Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı Bu gün, 14:48 Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib Bu gün, 14:48 Məktəb təhsil almaq üçün ocaqdır, bir-birindən fərqlənmək məkanı deyil - RƏY Bu gün, 14:48 Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək Bu gün, 14:48 Azərbaycan-Kamboca sənədləri mübadilə olunub Bu gün, 13:48 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var Bu gün, 13:48 Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər Bu gün, 13:48 Babək Quliyev UEFA-dan təyinat alıb Bu gün, 13:48 DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub Bu gün, 13:48 Von der Leyen Zelenskinin atəşkəs çağırışını dəstəklədi: Ukraynaya 3 milyard avro ayrılır Bu gün, 13:48 Avstraliyanın cənubunda güclü fırtına 7 mindən çox abonenti işıqsız qoyub Bu gün, 13:48 Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-dən çox artırıb Bu gün, 13:48 Husilər 24 saat ərzində ikinci dəfə Ər-Riyadı hədəf aldı – Trampdan açıqlama Bu gün, 13:48 Məktəblərdə vahid geyim formasına qarşı etirazlarda yaranan mənzərə Bu gün, 13:48 İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu Bu gün, 13:48 Uitkoff və Kuşner Kiyevə hansı təkliflərlə gedib? - DETALLAR Bu gün, 13:48 Bakıda 53 nömrəli tam orta məktəbdə vahid məktəbli geyimi ilə bağlı qərarın icrasına nəzarət olunur Bu gün, 12:48 Dənizkənarı bulvarda Çay Festivalı Bu gün, 12:48 Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 12:48 Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik Bu gün, 12:48 Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu Bu gün, 12:48 İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub Bu gün, 12:48 Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir Bu gün, 12:48 Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır Bu gün, 12:48 Müxtəlif infeksiyalar SÜRƏTLƏ YAYILIR - Tanınmış professor danışdı Bu gün, 12:48 "Real Madrid" 16 yaşlı hücumçusunu transfer etməyə yaxındır Bu gün, 12:48 Çexiyalı nazir: "Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik" Bu gün, 12:48 Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi: 72 nəfər ölüb Bu gün, 12:48 Azərbaycanla Kamboca arasında üç sənəd mübadilə olunub Bu gün, 12:48 Çexiya Bakıda tramvay xətlərinin çəkilişində iştirak etmək istəyir Bu gün, 11:48 İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub Bu gün, 11:48 14 yaşlı qız faciəvi şəkildə öldü Bu gün, 11:48 Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra vəzifəli şəxslər cəzalandırılıb Bu gün, 11:48 Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib Bu gün, 11:48 AFFA-nın yeni layihələri ictimaiyyətə təqdim olunub Bu gün, 11:48 Bu rayonun küçə və prospektləri TƏMİR OLUNACAQ Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR