
İsrail Müdafiə Ordusunun Livanın cənubunda "Hizbullah" qruplaşmasının infrastrukturuna endirdiyi zərbə nəticəsində 11 nəfər ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Endirilən zərbələr nəticəsində Deyr-əz-Zəhrani şəhərində dörd, Ənsar şəhərində isə yeddi nəfər ölüb, üç nəfər yaralanıb.
Qəzet qeyd edib ki, İsrail Müdafiə Ordusu hələlik bu zərbəni şərh etməyib, lakin daha əvvəl İsrail hərbçilərinə qarşı hücumlara cavab olaraq qruplaşmanın obyektlərinə zərbələr endirildiyini təsdiqləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.