
Almaniya kansleri Fridrix Mertsdən və onun hökumətindən narazılıq yeni rekord həddə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu INSA Sosioloji İnstitutunun keçirdiyi sorğunun nəticələri göstərir.
Respondentlərin cəmi 16%-i Mertsin fəaliyyətini müsbət qiymətləndirib, 78%-i isə narazılığını bildirib. Daha 6% suala cavab verməkdə çətinlik çəkib.
Almaniya hökumətinin fəaliyyətini sorğu iştirakçılarının 79%-i mənfi, 15%-i isə müsbət qiymətləndirib. Daha 6% respondent fikrini müəyyənləşdirməyib.
Sorğu 13–14 avqust tarixlərində keçirilib və sorğuda 1 003 nəfər iştirak edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.