
Yəməndə gərginliyin artması fonunda husilər Moha və Marib şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.
AVESTA.AZ "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, hücumlar nəticəsində ümumilikdə 4 nəfər ölüb, 12 nəfər yaralanıb.
Bazar günü gecə Mohanın ətrafına zərbələr endirilib. Hücumlardan biri şəhərin əsas yoluna ciddi ziyan vurub. Nəticədə 4 nəfər həyatını itirib, 8 nəfər xəsarət alıb.
Bundan əvvəl, şənbə günü axşam saatlarında Maribdə yaşayış məntəqələri də hədəfə alınıb. Husilər şəhərə 6 ballistik raket və 4 pilotsuz uçuş aparatı göndərib. Hücumlar nəticəsində bir sıra evlərə və mülki infrastruktura ziyan dəyib, 4 nəfər yaralanıb.
Qeyd edək ki, bundan əvvəl Yəmən Silahlı Qüvvələri son 24 saat ərzində "Ənsar Allah" hərəkatının husi silahlılarına məxsus obyektlərə qarşı 181 hərbi əməliyyat keçirildiyini açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.