
Fransada geniş əraziləri əhatə edən meşə yanğınlarının söndürülməsi üçün Silahlı Qüvvələrin 2 minə yaxın hərbçisi əməliyyatlara cəlb olunub.
BAKU.WS xəbər verir ki, bunu Müdafiə Nazirliyi yanında dövlət naziri Alis Ryüfo açıqlayıb.
Onun sözlərinə görə, hazırda 2 min hərbçi yanğınlarla mübarizə tədbirlərində iştirak edir. Daha 2 min hərbçi isə ehtiyat qüvvə kimi hazır vəziyyətdə saxlanılır.
Əməliyyatlarda mühəndis bölmələri ilə yanaşı, "Airbus A400M" təyyarələri, "Reaper" pilotsuz uçuş aparatları və helikopterlərdən də istifadə olunur.
Qeyd edək ki, son həftələrdə Avropanın müxtəlif ölkələrində hökm sürən yüksək temperatur və quraqlıq meşə yanğınlarının genişlənməsinə səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.