17-08-2026, 11:48 1

Bir-in korporativ süni intellekt yanaşması ABŞ-də keçirilən

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir korporativ süni intellekt (Sİ) imkanlarının inkişafına dair yanaşmasını dünyanın aparıcı süni intellekt tədbirlərindən biri olan "Ai4 2026" konfransında beynəlxalq auditoriyaya təqdim edib.

ABŞ-nin Las-Veqas şəhərində baş tutan "Ai4 2026" konfransı 90-dan çox ölkədən 12 mindən çox iştirakçını, 1000-dən çox spikeri və 400 sərgi iştirakçısını bir araya gətirib.

2018-ci ildən etibarən keçirilən tədbir biznes və texnologiya liderlərini süni intellektin real biznes mühitində tətbiqi, generativ Sİ, Sİ agentləri və digər qabaqcıl texnologiyaların inkişafı ətrafında birləşdirən qlobal platformadır.

Tədbir təşkilatçılar tərəfindən Şimali Amerikanın ən böyük Sİ sənaye tədbiri kimi dəyərləndirilir. Konfransda Bir ekosistemini Data və Sİ idarəsinin Baş direktoru Valeh Nəbiyev və Sİ Ofisinin lideri Seymur Şabanlı təmsil ediblər.

Valeh Nəbiyev "Ai4 2026"da spiker qismində çıxış edərək Bir-in korporativ Sİ yanaşmasını beynəlxalq auditoriyaya təqdim edib.

O, "Korporativ Sİ əməliyyat sisteminin qurulması: Sİ-nin təşkilati imkana çevrilməsi" (Building the Enterprise AI Operating System: Turning AI into an Organizational Capability) mövzusunda çıxışı zamanı vurğulayıb ki, təşkilatlar üçün əsas çağırış artıq yalnız ayrı-ayrı Sİ həllərinin yaradılması deyil, süni intellekti sürətli, təhlükəsiz və geniş miqyasda tətbiq etməyə imkan verən təşkilati imkanların formalaşdırılmasıdır.

Valeh Nəbiyev təqdimatında qeyd edib ki, süni intellektdən real biznes nəticələri əldə etmək üçün ayrı-ayrı həllərin yaradılması kifayət deyil. Bunun üçün data, texnologiya, insanlar və biznes proseslərinin bir-biri ilə əlaqəli şəkildə qurulması, Sİ həllərinin isə təşkilat daxilində sürətli və geniş miqyasda tətbiqinə imkan verən vahid sistemin formalaşdırılması vacibdir.

Bir ekosisteminin nümayəndələri konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan Sİ və data liderləri ilə fikir və təcrübə mübadiləsi də aparıblar. "Ai4 2026"nın proqramı biznesdə süni intellektin real tətbiqləri ilə yanaşı, "Sİ agentləri", "Generativ Sİ", "İdarəetmə və məsuliyyətli Sİ" kimi mövzuları da əhatə edib.

Bir ekosisteminin "Ai4 2026"da iştirakı həm qlobal Sİ trendlərini və real tətbiq nümunələrini yaxından izləmək, həm də Bir-in korporativ Sİ transformasiyasına dair yanaşmasını beynəlxalq peşəkar ictimaiyyətlə bölüşmək baxımından əhəmiyyətlidir.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir.

Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir.

Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az

Paylaş

Xəbər lenti

Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər Bu gün, 18:48 Lamiyə Ələkbərova: "Blogerlər tələbəyə nə öyrədəcək?" Bu gün, 18:48 Yol zəbt olunub, yoxsa evin sərhədidir? Bu gün, 18:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 675-ə çatdı Bu gün, 18:48 Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir Bu gün, 18:48 Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub Bu gün, 18:48 Azərbaycanlı məşhurlar barışdı- İllərdir davam edən küsülülük bitdi Bu gün, 18:48 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU Bu gün, 17:48 Günel Zeynalovanın başına iş gəldi - Ayağı zədələndi Bu gün, 17:48 Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb Bu gün, 17:48 İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib Bu gün, 17:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib Bu gün, 17:48 Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb Bu gün, 17:48 Rusiyanın Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb Bu gün, 16:48 Bakı ilə Naxçıvan arasında bir sıra təyyarə reysləri bu səbəbdən təxirə salındı Bu gün, 16:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsində 1/4 finala yüksəlib Bu gün, 16:48 Pentaqon rəhbəri haqqında yayılan bu xəbərləri təkzib etdi Bu gün, 16:48 "Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram" Bu gün, 16:48 39 yaşlı Kerem Bürsin əməliyyat olundu Bu gün, 16:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatdı Bu gün, 16:48 "Çelsi"nin ulduzu "Mançester Siti"yə "hə" dedi Bu gün, 16:48 11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ Bu gün, 15:48 Naxçıvanda 3 təhsil müəssisəsində tikinti və təmir işləri yekunlaşır Bu gün, 15:48 Silvestr Stallonenin 30 yaşlı qızı nişanlandı Bu gün, 15:48 XƏBƏRDARLIQ: Bu tarixlərdə hava dəyişəcək Bu gün, 15:48 UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi açıqlanıb Bu gün, 15:48 Sitalçayda qatar minik avtomobili ilə toqquşdu Bu gün, 15:48 Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub Bu gün, 15:48 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 13 % artıb Bu gün, 14:48 Bakıda fərdi yaşayış evi yandı Bu gün, 14:48 Ötən gün borclu şəxs qismində axtarışda olan 135 nəfər saxlanılıb Bu gün, 14:48 Türkiyədə istirahətdə olan azərbaycanlı bloger cütlük: "Evimizin yanı yanır..." Bu gün, 14:48 Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları Bu gün, 14:48 Brilliant Dadaşova dənizdə üzdüyü görüntüləri paylaşdı Bu gün, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb Bu gün, 14:48 Rusiyada məktəbli qızlar pivə içməyə dəvət etdikləri oğlanın qətlində şübhəli bilinirlər Bu gün, 13:48 Həkim yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətini açıqladı Bu gün, 13:48 Sabah Bakıya və rayonlara yağış yağacaq Bu gün, 13:48 Britni Spirs atasının qəyyumluğunun ona vurduğu ziyandan danışdı Bu gün, 13:48 Bakının Qobustan qəsəbəsində yeni körpünün tikintisinə dair son vəziyyət açıqlanıb Bu gün, 13:48 Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB Bu gün, 13:48 İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib Bu gün, 12:48 İlham Əliyev: Özbəkistanla ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi bizim üçün prioritetlərdən biridir Bu gün, 12:48 Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər Bu gün, 12:48 Azərbaycanda manatla geniş pul kütləsi 20 %-ə yaxın artıb Bu gün, 12:48 Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı Bu gün, 11:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü Bu gün, 11:48 Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR