
İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS qruplaşmasının "Nuxba" bölməsinin bölük komandirini və üç taqım komandirini öldürüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Əl-Şati rayonuna endirilən zərbə zamanı İsrail ordusu HƏMAS təşkilatının hərbi qanadının Beyt-Lahiya taborundan dörd "Nuxba" komandirini məhv edib", - bəyanatda deyilir.
İsrail ordusunun məlumatına görə, öldürülmüş yaraqlılar arasında "Nuxba"nın bölük komandiri Məhəmməd Həmdi Əhməd Əl-Məsri, xüsusi təyinatlı bölmənin taqım komandirləri Samed Samir Hərb Əbu Həbəl, Məhəmməd Əttar və Məhəmməd Fəthi Hüseyn Naser var. Onlar İsrail hərbçilərinə qarşı terror aktlarının hazırlanmasına cavabdeh idilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.