
Ukrayna Prezidenti Volodimir Zelenski "Maşa və Ayı" cizgi filminin yaradıcılarına qarşı sanksiyalar tətbiq edib.
AVESTA.AZ xəbər verir ki, məhdudiyyətlər "Animakkord" studiyasına, onun rəhbərlərinə və serialın əsas yaradıcı heyətinə şamil olunur.
Qərara əsasən, cizgi filminin Ukraynada yayımlanması və sosial şəbəkə hesablarının fəaliyyəti məhdudlaşdırılacaq.
Bundan əlavə, Zelenskinin qərarları ilə bir sıra Rusiya və Çin şirkətləri və vətəndaşlarına qarşı da müxtəlif iqtisadi sanksiyalar tətbiq edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.