
Xalq artisti Şükufə Yusupovanı vuran sürücünün kimliyi məlum olub.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 18:00-da Həsən Seyidbəyli küçəsində baş verib.
Həsən Qorxmaz oğlu Hüseynli idarə etdiyi "Nissan Note" markalı 77-UD-238 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Xalq artisti Ş.Yusupovanı vurub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
*** 14:18
Avqustun 21-i saat 18:44 radələrində 1954-cü il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O qeyd edib ki, pasiyentə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb:
"Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir".
*** 13:58
Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol qəzasına düşüb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Xalq artisti Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib, əməliyyat tələb olunur. Onun vəziyyətinin ağır olduğu bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.