25-08-2026, 11:50 73

Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər

Xəzər dənizinin səviyyəsində son illər müşahidə olunan davamlı azalma sahil zonalarına, infrastruktur obyektlərinə, gəmiçiliyə və ekosistemlərə ciddi təsir göstərir.

AVESTA.AZ xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri coğrafiya elmləri doktoru Səid Səfərov bildirib.

Alim qeyd edib ki, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzərin dünya okeanı ilə birbaşa əlaqəsinin olmaması onun səviyyəsinin müxtəlif təbii və antropogen amillərin təsiri ilə dəyişməsinə səbəb olur:

"Tarix boyu dənizin səviyyəsində həm kəskin enmələr, həm də yüksəlmələr müşahidə edilib. 2006-cı ildən etibarən isə Xəzərin səviyyəsi ardıcıl olaraq aşağı düşür və 2005-ci illə müqayisədə azalma artıq 2,5 metrdən çoxdur. Müxtəlif geoloji dövrlərdə Xəzərin səviyyəsinin dəyişməsində əsasən tektonik proseslər rol oynayıb. Son minilliklərdə isə iqlim və hidroloji amillərin təsiri daha böyükdür. Hazırda Xəzərin səviyyəsinin dəyişməsi onun su balansı ilə müəyyən olunur. Gəlir hissəsini çayların gətirdiyi su və səthə düşən yağıntılar, çıxar hissəsini isə səthdən buxarlanma və Qaraboğazgöl körfəzinə gedən su təşkil edir".

Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər

S.Səfərovun sözlərinə görə, son bir neçə minillikdə Xəzərin səviyyə dəyişmələrində çay axınının xüsusi əhəmiyyəti var və burada Volqa çayının payı xüsusilə böyükdür: "Volqa hövzəsində ötən əsrin 50-ci illərindən başlayaraq çoxsaylı iri su anbarları yaradılıb və onların ümumi səthi 36 min kvadrat kilometrdən çoxdur. "1980-ci illərdən başlayaraq temperaturun artması ilə əlaqədar su anbarlarının səthindən buxarlanma kəskin artıb. Eyni zamanda, temperaturun yüksəlməsi suya olan tələbatı da artırıb. Sənaye, kənd təsərrüfatı və məişətdə suya tələbatın artması nəticəsində çay axımının formalaşmasına da təsir yaranır". Alim Volqa hövzəsində yağıntıların azalmasının çay axımının azalmasının əsas səbəbi olması barədə fikirlərin düzgün olmadığını da bildirib. Onun sözlərinə görə, aparılan tədqiqatlar son 30–35 il ərzində Volqa hövzəsində yağıntıların miqdarında statistik baxımdan əhəmiyyətli dəyişiklik olmadığını göstərir.

O, Xəzərin çirklənmə mənbələrinin də daha əvvəl geniş şəkildə araşdırıldığını diqqətə çatdırıb: "Avropa layihəsi çərçivəsində çayların, kollektorların və kanalizasiya xətlərinin Xəzərə gətirdiyi çirkləndiricilər tədqiq edilib və nəticələr hesabat şəklində dərc olunub. Hazırda Coğrafiya İnstitutunda Xəzərin səviyyə dəyişmələrinə təsir edən amillər, sahil zonasında baş verən dəyişikliklər və dənizin monitorinqi istiqamətində tədqiqatlar aparılır. Azərbaycanın cənub bölgəsində - Astara, Lənkəran və Masallı rayonları ərazisində çöl tədqiqatları həyata keçirilib. Tədqiqatların əsas məqsədi Xəzərin səviyyəsinin aşağı düşməsi nəticəsində dənizin müxtəlif sahələrdə nə qədər geri çəkildiyini dəqiq müəyyənləşdirmək olub. Bu dəyişiklikləri peyk təsvirləri əsasında və müxtəlif ölçmə üsulları ilə müəyyənləşdirmək mümkündür. Lakin aparılan tədqiqatlarda daha yüksək dəqiqlik əldə etmək üçün santimetr dəqiqliyi ilə ölçmə aparan GPS avadanlığından istifadə olunub. Biz bu cihazı bir günlük icarəyə götürdük və sahə tədqiqatları zamanı müxtəlif ərazilərdə dəniz səviyyəsinin aşağı düşməsi ilə sahilin nə qədər geri çəkildiyini ölçə bildik. Bu ölçmələr bizə daha dəqiq nəticələr əldə etməyə imkan verdi".

Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər

Onun sözlərinə görə, Xəzərin səviyyəsinin həm kəskin aşağı düşməsi, həm də yüksəlməsi sahil infrastrukturuna təsir göstərir. Dəyişikliklərin ekosistem üçün də mühüm nəticələri var.

Gəmiçilik sahəsində yaranan problemlərə toxunan alim Bakı buxtası və Dübəndi ərazisini nümunə göstərib. Bildirib ki, dənizin dayazlaşması nəticəsində iri gəmilərin sahilə yanaşmasında çətinliklər yaranır və bunun qarşısını almaq üçün mütəmadi dərinləşdirmə işlərinin aparılması tələb olunur. Bu isə əlavə maliyyə və texniki resurslar tələb edir. Xəzərin səviyyə dəyişmələrinin yaratdığı nəticələrin daha geniş və sistemli şəkildə araşdırılması vacibdir. "Hazırda dünyanın müxtəlif ölkələrindən alimlər Xəzərin səviyyəsinin azalması dinamikasını, bunun səbəblərini və gələcəkdə yarada biləcəyi nəticələri öyrənirlər. Əsas məsələ xəritənin hazırlanması deyil. Müasir elmi-texniki imkanlarla Xəzərin sahil xəttində baş verən dəyişiklikləri peyk təsvirləri əsasında xəritələşdirmək mümkündür. Əsas məsələ həmin dəyişikliklərin ölkənin infrastrukturuna, ekologiyasına, dəniz gəmiçiliyinə və dənizdən çıxarılan karbohidrogen yataqlarına real təsirinin müəyyənləşdirilməsidir. Bizim tədqiqatlarımız da məhz bu istiqamətlərə yönəlib".

Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər

O əlavə edib ki, Xəzərin səviyyəsinin növbəti 10–20 il ərzində necə dəyişəcəyinin müəyyənləşdirilməsi və mümkün nəticələrin əvvəlcədən qiymətləndirilməsi həm elmi, həm də praktiki baxımdan mühüm əhəmiyyət daşıyır.

Paylaş

Xəbər lenti

Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi Bu gün, 12:48 FHN SOCAR-ın zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 12:48 Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar Bu gün, 12:48 Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq Bu gün, 12:48 Deputat: "Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" Bu gün, 12:48 Bulvar dənizdən 30 kilometr aralı qala bilər Bu gün, 11:48 Qızıllar oğurlandı - Evdə usta işləyən kişi saxlanıldı Bu gün, 11:48 Qubadlıda ilk su elektrik stansiyası tikilir Bu gün, 11:48 "Qalatasaray"ın komandanı daşıyan avtobusuna kartof-soğan yüklədilər Bu gün, 11:48 Saçların ciddi zədələndiyini göstərən 5 əlamət Bu gün, 10:48 Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib Bu gün, 10:48 Yaponiyada qatar ayı ilə toqquşdu: Vaqon relsdən çıxdı Bu gün, 10:48 Qubanın alma bağlarında xəstəlik yayılıb, məhsuldarlıq xeyli azalıb Bu gün, 10:48 Masazırda binada yıxılaraq köməksiz qalan şəxs xilas olunub Bu gün, 10:48 Arıqlamaq üçün pəhrizdən daha vacib olan nədir? Bu gün, 10:48 Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 126 dolları keçib Bu gün, 09:48 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" Bu gün, 09:48 Leyla Əliyeva "Planetin vəhşi ürəyi" sərgisindən paylaşım edib Bu gün, 09:48 Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək Bu gün, 09:48 Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə start verir Bu gün, 09:48 Bir sıra ərazilər qazsız qalacaq Bu gün, 00:48 Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb Bu gün, 00:48 Aİ və Kanada "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəlib Dünən, 23:48 Azərbaycanlıların yaşadığı Leyliqaçan: 1919-cu ilin faciəsi və unudulmuş kəndin izləri Dünən, 23:48 42 milyon manatlıq cinayət işi: "250 firma açıb satmışam" Dünən, 23:48 Roman Abramoviç Bakıya gəlib Dünən, 23:48 Arif Əfəndiyev vəfat etdi Dünən, 23:48 Sabah bir rayonda işıq olmayacaq Dünən, 23:48 Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi Dünən, 22:48 Şəmkirdə 8 yaşlı uşağı maşın vurdu Dünən, 22:48 Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyada Avropa çempionu olub Dünən, 22:48 Həkim xərçəng xəstəliyinin beş az bilinən əlamətini açıqladı Dünən, 22:48 Ceyhun Bayramov: "TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir" Dünən, 22:48 İlham Əliyev Sadiq Əliyevə yüksək vəzifə verdi Dünən, 21:48 Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE Dünən, 21:48 Müəllim və həkimlərin maaşları nə qədər artacaq? Dünən, 21:48 "Turan Tovuz" - "Sabah" qarşılaşmasında 5 qol vuruldu, çempion məğlub oldu Dünən, 21:48 Mingəçevirdə 42 yaşlı kişi ürəyindən bıçaqlandı Dünən, 21:48 Bakı-Xırdalan qatarında 40 dəqiqəlik gecikmə – Səbəbi açıqlandı Dünən, 21:48 Prezident İlham Əliyev "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib Dünən, 20:48 Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq Dünən, 20:48 Bu rayonda 300 metrlik bənd yenidən qurulur - 3.2 milyon manat ayrıldı Dünən, 20:48 İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub Dünən, 20:48 Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər Dünən, 20:48 Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib Dünən, 20:48 Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? - Deputatdan yeni açıqlama Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR