25-08-2026, 14:48 53

Vətəndaşların adlarına saxta şirkətlər açaraq milyonlar mənimsəyən dəstənin məhkəməsi başlayıb

Vətəndaşları aldadaraq onların adına şirkətlər təsis edərək qanunsuz pul dövriyyələrini həyata keçirən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən baxış iclasında prokuror ittiham aktını elan edib.

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun apardığı araşdırmalar nəticəsində cinayət işi üzrə 10-a yaxın şəxs məsuliyyətə cəlb olunub.

Təqsirləndirilənlər arasında "SHARM DİZAYN" MMC-nin rəhbəri Elton Səlimov, "KANARYA.LLD" MMC-nin rəhbəri Çələbi Məmmədov, "ZINAV-LTD" MMC-nin rəhbəri Rövşən Hüseynov və onlarla əlbir olmaqda ittiham edilən digər şəxslər var.

İş materiallarına əsasən, dəstə üzvləri müxtəlif vətəndaşları aldadaraq onların adına VÖEN və şirkətlər rəsmiləşdirib, daha sonra həmin hüquqi şəxslər vasitəsilə müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər.

Zərərçəkənlərdən biri yalnız Dövlət Vergi Xidmətindən bildiriş aldıqdan sonra öz adına şirkət açıldığını və həmin şirkətin 55 min manat vergi borcunun yarandığını öyrənib.

Digər zərərçəkən isə xaricə getmək istəyərkən ölkədən çıxışına məhdudiyyət qoyulduğunu bilib. Bundan sonra məlum olub ki, onun adına rəsmiləşdirilmiş şirkətlər üzrə 40 min manatdan artıq vergi borcu yaranıb.

İstintaq zamanı həmin şəxsin adına rəsmiləşdirilən şirkətlər üzrə ümumilikdə bir milyon manatdan artıq dövriyyənin qeydə alındığı müəyyən edilib.

İttihama görə, təqsirləndirilən şəxslər bu əməllər nəticəsində milyonlarla manat qanunsuz gəlir əldə ediblər.

Şikayətlər və ödənilməmiş vergi öhdəlikləri ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində geniş araşdırma aparılıb. Toplanmış sübutlar əsasında Çələbi Məmmədov və Rövşən Hüseynov da daxil olmaqla bir sıra şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə Dövlət Vergi Xidməti zərərçəkmiş tərəf kimi tanınıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 178.4, 193-1.3.1, 193-1.3.2, 193.3.1 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

Həsrət Cəfərov dünya çempionatında medalsız qaldı Dünən, 23:48 Azərbaycanlıların yaşadığı Qıvraq kəndi: tarixdən silinən izlər və susan yaddaş Dünən, 23:48 Sankt-Peterburqdakı sabiq baş konsulun cinayət işi: Sultan Qasımov 191 minlik dələduzluqda ittiham edilir Dünən, 23:48 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı Dünən, 23:48 TRIPP sülh sazişindən öncə işə düşəcək? Dünən, 23:48 Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq Dünən, 23:48 Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir Dünən, 22:48 AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq Dünən, 22:48 Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb Dünən, 22:48 Tramp "süni intellekt" terminini qadağan etmək istəyir Dünən, 22:48 BTQ: "Fransa Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək hüququna qarşı çıxır" Dünən, 22:48 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi Dünən, 21:48 Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq dərindir Dünən, 21:48 Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək Dünən, 21:48 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib Dünən, 21:48 TƏBİB-in yeni rəhbəri kimdir? Dünən, 20:48 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu Dünən, 20:48 Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir Dünən, 20:48 Ceyhun Bayramov BMT Turizmin Baş katibi ilə görüşüb Dünən, 20:48 Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib Dünən, 20:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 19:48 Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir" Dünən, 19:48 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib Dünən, 19:48 Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib Dünən, 19:48 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar Dünən, 19:48 Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub Dünən, 18:48 Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub Dünən, 18:48 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub Dünən, 18:48 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır" Dünən, 18:48 Qonşusunu boğaraq öldürüb həyətində basdırmaqda təqsirləndirilən cütlüyə hökm oxundu Dünən, 18:48 TƏBİB Bahadur Rzayevə həvalə olundu Dünən, 18:48 İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı? Dünən, 17:48 Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb Dünən, 17:48 Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub Dünən, 17:48 Azərbaycanda Süni İntellekt Rəsədxanası yaradılır Dünən, 17:48 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü Dünən, 17:48 Azərbaycanda nitrat norması 4 dəfədən çox olan kartof satıldığı iddia edilir Dünən, 17:48 Metronun stansiyalarında ürək aparatları quraşdırılacaq Dünən, 17:48 Minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkü atılıb Dünən, 16:49 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib Dünən, 16:49 Telefondan istifadə edən sürücülər CƏRİMƏLƏNƏCƏK - Bu qədər Dünən, 16:48 Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ Dünən, 16:48 ADY yeni rayonlararası sərnişin qatarları alır Dünən, 16:48 AMEA alimləri Pezeşkiana İranda azərbaycanlıların ana dilində təhsil problemi ilə bağlı müraciət ediblər Dünən, 16:48 Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub? Dünən, 16:48 100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA Dünən, 15:48 57 min manatlıq qızıl dələduzluğuna görə həbs edilən şəxs məhkəmə zalından azadlığa buraxılıb Dünən, 15:48 İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR