
Ağcabədi şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 27-də saat 10:00-dan işlər yekunlaşanadək Ağcabədi şəhərinin bir sıra küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təmir-quraşdırma işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.