
Şahzadə Harri, həyat yoldaşı Meqan Markl, həmçinin övladları Arçi və Lilibet bu gün, yəni avqustun 26-da Kaliforniyadan xüsusi reyslə Böyük Britaniyaya yola düşəcəklər.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən BBC məlumat yayıb.
Məlumata əsasən, Sasseks hersoqu və hersoginyası geri dönəcəkləri barədə Böyük Britaniya Kralı III Çarlzı artıq məlumatlandırıblar.
Cütlüyün rəsmi nümayəndəsi telekanalın mövzu ilə bağlı sorğusuna münasibət bildirərək qeyd edib: "Bu bizim şərh etmək istədiyimiz bir məsələ deyil".
Mənbənin məlumatına görə, Harri və Meqan rəsmi kral vəzifələrinə qayıtmaq niyyətində deyillər. Onlar Böyük Britaniyada kral ailəsinin qeyri-işçi üzvləri və sıravi vətəndaş kimi yaşamağı planlaşdırırlar.
Ailənin Londondan kənarda yerləşən Kotsuolds ərazisində məskunlaşacağı ehtimal olunur. Məlumata görə, Arçi və Lilibet artıq yerli məktəblərdən birinə qəbul ediliblər və onlar üçün yeni tədris ili gələn həftədən etibarən başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.