
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ordusunun son 24 saatda Rusiyadakı 16 hədəfi vurduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə sosial şəbəkə hesabında bildirib.
O Ukrayna hərbçilərinin son sutka ərzində Rusiya ərazisindəki strateji məntəqələrə uğurlu zərbələr endirdiyini bildirib.
"Ukrayna ordusu son 24 saat ərzində Rusiyadakı 16 hədəfi dəqiqliklə vurub. Bu zərbələr düşmənin logistik imkanlarına ciddi zərbədir. Ukrayna cavab tədbirlərini elə şəkildə həyata keçirir ki, Rusiya üçün bu müharibənin bədəli qaçılmaz olaraq artır. Biz Rusiyanın hücum potensialını addım-addım zəiflədirik. Yüksək dəqiqlikli zərbələr endirən bütün Ukrayna hərbçilərinə təşəkkür edirəm" -deyə Zelenskiy vurğulayıb.
Zelenskinin sözlərinə görə, uzaqmənzilli raketlərlə həyata keçirilən hücumların əsas hədəfi müharibənin maliyyələşdirilməsində mühüm rol oynayan Rusiya neft sektoru olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.