
ABŞ Prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət elan edib. Ağ Ev rəhbəri bunu ölkənin enerji sistemini qorumaq üçün edib.
BAKU.WS xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc edilmiş sərəncamda qeyd edilib.
Sənəddə bildirilir ki, xaricdən elektrik şəbəkəsi üçün elektrik avadanlıqlarının tədarükü milli təhlükəsizliyə və ABŞ iqtisadiyyatına təhdid yaradır.
"Bu təhlükə fərdi əməliyyatlar halında, bir sinif kimi nəzərdən keçirildikdə mövcuddur. Bu təhlükəyə qarşı durmaq üçün ABŞ-də istifadə olunan elektrik şəbəkəsi üçün elektrik avadanlıqlarının təhlükəsizliyini, bütövlüyünü və etibarlılığını qorumaq üçün əlavə tədbirlər görülməlidir" - deyə sənəddə bildirilib.
Sənəd, başqa bir ölkənin və ya xarici vətəndaşın hər hansı bir marağı olduqda, o cümlədən avadanlığın təchizatı müqaviləsində iştirak etməklə müəyyən xarici istehsallı elektrik avadanlıqlarının ABŞ-da əldə edilməsini, idxalını, köçürülməsini və ya quraşdırılmasını qadağan edir.
Bundan əvvəl Donald Tramp uşağın Amerika vətəndaşlığını ala bilməsi üçün uşaq dünyaya gətirmək məqsədilə ABŞ-a səyahət etməyi qadağan edən bir sərəncam imzalayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.