Bu gün, 17:48 33

Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir

Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatıb. Daha 1300 nəfər isə itkin düşüb. Onların arasında xarici turistlərin olduğu bildirilir.

***16.12

Nepal ilə Çin sərhədində baş verən təbii fəlakətin acı nəticələri ağırlaşmaqda davam edir. Bhotekoşi çayının məcrasından çıxması nəticəsində yaranan güclü daşqınlar bölgədə böyük dağıntılara yol açıb.

AVESTA.AZ xəbər verir ki, Nepal polisinin yaydığı son məlumata görə, həyatını itirənlərin sayı iki dəfə artaraq, 332 nəfərə yüksəlib.

Ölkənin Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Agentliyi (NDRRMA) isə fəlakət bölgəsində axtarışların davam etdiyini bildirib.

Hazırda 539-u xarici turist olmaqla, ümumilikdə 826 nəfər itkin düşmüş hesab olunur.

Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq və axtarış-xilasetmə tədbirlərini sürətləndirmək üçün dövlət qurumları səfərbər edilib.

İtkin düşənlərin axtarışı üçün fəlakət zonasına 2,000 hərbi qulluqçu cəlb edilib. Xilasetmə əməliyyatlarına 3,318 polis əməkdaşı ilə dəstək verir.

*** 11:16

Nepalın dağlıq Rasuwa rayonu və ətraf ərazilərindəki daşqın nəticəsində ölənlərin sayı 162 nəfərə yüksəlib.

Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir

AVESTA.AZ "The Kathmandu Post"a istinadən xəbər verir ki, Bhotekoshi çayının məcrasından çıxması nəticəsində çoxlu sayıda yaşayış məntəqəsi və bina ciddi zərər görüb. Yüzlərlə insandan xəbər yoxdur

Ərazidə hüquq-mühafizə orqanlarının iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam edir.

Nepal Baş Nazirliyinin verildiyi son rəsmi məlumata görə, 44 təhlükəsizlik əməkdaşı və 391-i əcnəbi olmaqla yüzlərlə şəxs itkin düşüb.

Nepal mətbuatında yer alan xəbərlərə görə, həmin əcnəbi vətəndaşların Rasuwa ilə sərhəddə yerləşən Çinin Tibet Muxtar Regionundakı müqəddəs Kailash Mansarovar ərazisinə dini ziyarətə gedən zəvvarlardır.

Axtarışlara hərbi və özəl helikopterlər cəlb edilsə də, əlverişsiz hava şəraiti səbəbindən bəzi təyyarələr geri qayıtmaq məcburiyyətində qalıb və əraziyə əlavə qüvvələrin göndərilməsi çətinləşib.

Xilasedicilər əlverişsiz şəraitə baxmayaraq, dağıntılar altında və sel sularında qalan şəxslərin tapılması üçün işləri aralıqsız davam etdirirlər.

Mütəxəssislər fəlakətin əsas səbəbi kimi dağlıq ərazidəki buzlaq gölünün daşması ehtimalını bildiriblər.

Daşqınlar təkcə Nepal ilə məhdudlaşmayıb. Çinin Tibet Muxtar Regionundakı Gyirong sərhəd məntəqəsi yaxınlığında güclü torpaq sürüşmələrinə yol açıb.

Nepalda baş verən dəhşətli daşqınlardan sonra 579 nəfər itkin düşmüş hesab olunur. Məlumata görə, itkin düşənlərin 466-sı 28 fərqli ölkənin vətəndaşıdır.

Daha 113 nəfər isə Nepalın öz sakinidir.

Paylaş

Xəbər lenti

Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Bu gün, 18:48 44 yaşlı Dima Bilan baba oldu Bu gün, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Bu gün, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Bu gün, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Bu gün, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Bu gün, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Bu gün, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Bu gün, 17:48 Sabah ilin son tutulması olacaq Bu gün, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Bu gün, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Bu gün, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Bu gün, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Bu gün, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Bu gün, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Bu gün, 17:48 Tarkan 2,5 saata 36 milyon qazanacaq Bu gün, 17:48 Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib Bu gün, 16:48 129 min izləyicisi olan səhifə müştərilərinin başına nə oyun açdı? Bu gün, 16:48 Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə mindi Bu gün, 16:48 Sabah ilin son Ay tutulması baş verəcək Bu gün, 16:48 Nepalda daşqınlarda ölənlərin sayı iki dəfə artaraq 332-yə yüksəldi Bu gün, 16:48 9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb Bu gün, 16:48 Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU Bu gün, 16:48 Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısındakı təxribatın GÖRÜNTÜSÜ Bu gün, 16:48 Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib Bu gün, 16:48 272 kiloqram arıqlayan gənci görənlər tanımadı Bu gün, 15:48 Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək Bu gün, 15:48 "Qarabağ"ın iki yeni transferi Bakıda: Biri nigeriyalı, digəri alman Bu gün, 15:48 Respublika Stadionunun qarşısına avtobusların girişi məhdudlaşdırılıb Bu gün, 15:48 Tatlısesin qızından təsirli paylaşım: "Heç nə etmək istəmirəm!" Bu gün, 15:48 Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb Bu gün, 15:48 Qaraciyəri yağdan qoruyan maddə adi tərəvəzdə tapıldı Bu gün, 15:48 "Sabah" klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM Bu gün, 15:48 Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək Bu gün, 15:48 Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb Bu gün, 14:48 Paşinyan: Köçəryan və Sarkisyan hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır Bu gün, 14:48 Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi Bu gün, 14:48 Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib Bu gün, 14:48 Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir Bu gün, 14:48 500-dən yuxarı bal toplayan - 100-dən çox abituriyent kənarda qaldı Bu gün, 14:48 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər Bu gün, 14:48 Sabah Biləsuvarda 6300-dən çox abonentin qazı kəsiləcək Bu gün, 14:48 Sabunçu sakinlərinin illərdir həll edilməyən YOL PROBLEMİ Bu gün, 14:48 Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə komanda-qərargah təlimi keçiriləcək Bu gün, 14:48 Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - STATİSTİKA Bu gün, 13:48 Dünyanın ən populyar smartfonunun adı açıqlandı Bu gün, 13:48 Zamiq Hüseynov küsülü olduğu Əməkdar artistlə barışıb Bu gün, 13:48 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR