
Sabunçu Tibb Mərkəzinin təcili yardım şöbəsi əsaslı təmir ediləcək.
AVESTA.AZ-in məlumatına görə, 3 nömrəli Şəhər Klinik Xəstəxanasının (Sabunçu Tibb Mərkəzi) 5 mərtəbəli Təcili Yardım Korpusunun birinci mərtəbəsində yerləşən Təcili Yardım şöbəsinin əsaslı təmirinə 3 milyon 271 min vəsaitin xərclənməsi nəzərdə tutulur.
Təmir işləri İnnovasiya və Təchizat Mərkəzi tərəfindən həyata keçiriləcək. İşləri çərçivəsində şöbədə mövcud pəncərə və qapıların, eləcə də bəzi divarların sökülməsi planlaşdırılır. Həmçinin yararsız suvaq qatlarının divar və tavanlardan təmizlənməsi, sonrakı mərhələdə isə təmir və yenilənmə işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, təmir zamanı Sabunçu Tibb Mərkəzinin Təcili Yardım şöbəsinin infrastrukturu yenilənəcək və pasiyentlər üçün daha müasir və rahat şərait yaradılacaq. Təmir işlərinin təcili tibbi yardım xidmətinin keyfiyyətinin və operativliyinin artırılmasına da töhfə verəcəyi gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.