
Honqkonq bayrağı altında üzən "M/T Golden Sapling" tankeri Qara dənizdə Türkiyə sahillərindən təxminən 90 mil məsafədə hərəkətdə olarkən PUA hücumuna məruz qalaraq zədələnib.
AVESTA.AZ xəbər verir ki, "Hürriyet"in məlumatına görə, hadisə zamanı tankerin 21 heyət üzvü "Maran Pytha" gəmisi tərəfindən təxliyə edilərək Rusiyanın Novorossiysk limanına aparılıb. Tankerdən son siqnalın avqustun 26-da saat 02:00 radələrində alındığı bildirilib.
Hücum nəticəsində zədələnən tanker bu gün Türkiyənin Samsun vilayətinin Alaçam rayonunda sahilə çıxaraq saya oturub.
Hadisə yerinə Sahil Mühafizəsi və Liman Baş İdarəsinin əməkdaşları cəlb olunub.
İnsidentlə bağlı araşdırma aparıldıqdan sonra müvafiq prosedurların başlanması gözlənilir. Tankerin sahildən hansı üsulla çıxarılacağı və hansı istiqamətə yedəyə aparılacağı ilə bağlı qərar isə aparılacaq qiymətləndirmələrdən sonra veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.