
Ukraynada Kiyev vilayətinin şimal qəsəbələrinə Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə hücumları davam edir.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu kəndlərdən daha çox ziyan görən Mila və Dmitrevkada olub.
İki kənddə ölənlərin sayı son 3 gündə 40 yaxınlaşır. Dmitrevka kənd icmasının rəhbəri Taras Didiç də hücumlar zamanı həlak olub.
Kiyev vilayətinin rəhbəri Timur Tkaçenko bildirib ki, çox sayda ev zərər görüb: "Mila kəndindəyik hazırda, burada ölənlərin sayı 38 nəfərdir. Xeyli yaralı var. Bir çoxlarına yardım göstərilib. Biz buradan 380-dən çox insanı təxliyə etmişik. Çox adam müstəqil şəkildə təxliyə olunub. Həmçinin deyə bilərəm ki, bütün insanlara lazımi yardım göstərilir. Hazırda psixoloqlar çalışır, sosial xidmətlər fəaliyyət göstərir, qərargah təşkil olunub, bütün lazımi yardım göstərilir.
Zərərlərin səviyyəsini anlamaq da vacibdir. Hazırkı vəziyyətə görə artıq məlumdur ki, 200-dən çox ev zərər çəkib, həmçinin çoxmənzilli yaşayış binaları, təxminən 14 meydança hazırkı vəziyyətə görə zərər görüb. Atəşlərin dinamikasına gəlincə, deyə bilərəm ki, ruslar Kiyev vilayətinə hücum etməyə davam edirlər. Son günlərdə Borispol rayonu, Brovar rayonu, Buça rayonu hücuma məruz qalıb. Hücumlar davam edir və çox yüksək intensiv dinamika var"- Tkaçenko "Report"a açıqlayıb.
Xatırladaq ki, Xarkov vilayətində həlak olan Ukrayna hərbçilərinin xatirəsinə həsr olunmuş illik marafon yarışının üç iştirakçısı Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində həlak olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.