
Məşhur aktrisa Nebahat Çehre keçmiş həyat yoldaşı Yılmaz Güneylə evli olduğu illərdə yaşadığı xoşagəlməz hadisələrdən danışıb.
AVESTA.AZ xəbər verir ki, o başına gələn qorxulu anları ilk dəfə bu qədər açıq şəkildə bölüşüb.
Çehre, birlikdə yer aldıqları film çəkilişi zamanı Yılmaz Güneyin onun başına stəkan qoyaraq həqiqi silahla atəş açdığını bildirib.
Məşhur sənətçi bu təhlükəli anın onda uzunillik böyük bir qorxu və dərin psixoloji travma yaratdığını vurğulayıb.
Aktrisanın şok faktları bununla da bitmir.
Çehre, münasibətləri bitirmək istədikdə fiziki zorakılıqla qarşılaşdığını qeyd edərək "Ayrılmaq istədiyimdə də, boşanarkən məni maşınla vurdu" ifadələrini işlədib.
Güneyin silaha və zorakılığa meylini şərh edən aktrisa "Silah işlətməyi çox sevirdi. Yəqin ki, böyüdüyü mühitdən irəli gəlirdi, tam bilmirəm" deyə əlavə edib.
Usta aktrisanın illər sonra dilə gətirdiyi bu sarsıdıcı etiraflar sosial şəbəkələrdə geniş rezonans doğurub və qısa zamanda ən çox müzakirə olunan mövzuya çevrilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.