
Hindistanda 28 yaşlı sosial media fenomeni Manjeet Kaur ağır hücumdan sonra xəstəxanada həyatını itirib.
AVESTA.AZ xəbər verir ki, Kaurun anasının iddiasına görə, gənc qadın iyulun 3-də iki tanışı tərəfindən qaçırılıb, Morinda yaxınlığındakı meşəlik əraziyə aparılaraq ağaca bağlanıb və yandırılıb.
Bədəninin 40-45 faizi yanıq olan Kaur təxminən iki ay müalicə olunub. O, avqustun 26-da vəfat edib.
Hadisədən sonra aparılan ekspertizada Kaurun ölümündən əvvəl təxminən 7 həftəlik hamilə olduğu müəyyənləşib. Polis iki şübhəli barədə adam oğurluğu və qətl işi açıb, araşdırma davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.