
Ötən il 69,206 ha ərazi mina və partlamamış sursatdan təmizlənərək Azərbaycan üçün ən yüksək nəticə göstərilib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Şəhərlərin Bərpası üzrə Fəaliyyət və Bərpa Fondu" adlı panel müzakirədə deyib.
Onun sözlərinə görə, bu il üçün də hədəf 65 min hektarı ötməkdir. Hazırda bu rəqəm 49,862-dir:
"Dünyada minalarla çirklənmə ən böyük problemlərdən biri olaraq qalır. Azərbaycanda mina ilə çirklənmiş ərazilərin təxmini sahəsi 11,667 min kvadratkilometrdir. Eyni zamanda, həmin ərazilərdə 1 milyondan çox minanın olduğu təxmin edilir".
S.Poladov onu da qeyd edib ki, 1991-ci ildən bu yana minalarla bağlı 3 500-dən çox insan zərər çəkib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.