
Bişkekdən qayıdan İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi Tehran əvəzinə Rəşt Beynəlxalq Hava Limanına eniş edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, göyərtəsində Pezeşkianın və onu müşayiət edən şəxslərin olduğu "Airbus A321" təyyarəsi Qırğızıstandan qayıdarkən Rəştə məcburi eniş edib.
Həmçinin qeyd edilir ki, sentyabrın 1-də axşam Tehranın şərq hissəsində hava hücumundan müdafiə sistemləri işə salınıb.
Bunun fonunda Pezeşkianın təyyarəsinin marşrutu dəyişdirilib və Rəştə yönəldilib.
İran hakimiyyəti hələlik təyyarənin Rəştdə enməsini dəqiq səbəbini rəsmi olaraq açıqlamayıb. Təyyarənin enişdən sonra uçuşuna davam edib-etmədiyi barədə də məlumat yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.