
Rusiya xarici işlər naziri Sergey Lavrov NATO-nun Arktika regionunda hərbi fəallığının artması ilə bağlı alyansa xəbərdarlıq edib.
AVESTA.AZ xəbər verir ki, "Berliner Zeitung" Lavrovun NATO-nun Arktikada hərbi fəaliyyətini daha da genişləndirməsinin yolverilməz olduğunu bildirdiyini yazıb.
Məlumata görə, alyansın regionda keçirdiyi hərbi təlimlər və qoşunların yerdəyişməsi silahlı qarşıdurma riskini artırır.
Lavrov daha əvvəl Arktikada Qərbin qarşıdurmanı gücləndirməsinin "fəlakətli nəticələrə" səbəb ola biləcəyini bildirib. O, regionun sülh və əməkdaşlıq zonası kimi qorunmasının beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olduğunu vurğulayıb.
Rusiya rəsmisi NATO ölkələrini Arktikanın hərbiləşdirilməsinə və regionda gərginlik ocaqlarının yaradılmasına səbəb olmaqda ittiham edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.