
Almaniya Rusiyanın qonşusu olan Litvaya böyük sayda hərbi qüvvə və texnika yerləşdirir.
BAKU.WS xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb. Bildirilib ki, Almaniyanın 45-ci zirehli briqadası üç manevr batalyonu ilə birlikdə Litvaya göndəriləcək.
Məlumata görə, ölkəyə müxtəlif hərbi obyektlərdə xidmət edəcək təxminən 5 min alman hərbçisi də yerləşdiriləcək. Bu addımın Rusiyaya hərbi-siyasi mesaj xarakteri daşıdığı bildirilib.
Qeyd edək ki, daha əvvəl Litvada NATO ilə Rusiya arasında birbaşa qarşıdurma yaranacağı təqdirdə Kalininqrad vilayətinin ələ keçirilə biləcəyi barədə açıqlamalar səsləndirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.