
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Bakıya səfər edə biləcəyini açıqlayıb.
AVESTA.AZ Ermənistan mediasına istinadən xəbər verir ki, Simonyan bu barədə sentyabrın 1-də Bişkekdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşündən sonra danışıb.
Onun sözlərinə görə, görüşdə əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan sülh prosesinin dərinləşdirilməsi olub.
Ermənistan rəsmisi tərəflərin həllini gözləyən məsələlərin tənzimlənməsi üçün yeni mexanizmlərin tətbiqi barədə razılığa gəldiyini bildirib. O, Bakıya mümkün səfərinin konkret tarixinin hələ müəyyənləşmədiyini qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.