
ABŞ-nin Florida ştatında kargo təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib.
BAKU.WS xəbər verir ki, "Boeing 767" tipli kargo təyyarəsi Mayami Beynəlxalq Hava Limanına eniş zamanı uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.
Mayami-Deyd dairəsinin şerifi Rozi Kordero-Ştutsun sözlərinə görə, hadisə yerli vaxtla saat 13:58-də baş verib. Qəza nəticəsində daha 5 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.