8-09-2026, 15:48 133

Onlayn kreditlərlə bağlı AÇIQLAMA: Vətəndaşlar nəyə diqqət etməlidir?

Ali Məhkəmə vətəndaşın xəbəri olmadan rəsmiləşdirilən onlayn kreditlərlə bağlı hüquqi izah verib.

Məhkəmədən BAKU.WS-ə verilən xəbərə görə, izahda onlayn kreditdən istifadə zamanı nələrə diqqət edilməli olduğu vurğulanıb, vətəndaşlara tövsiyələr verilib.

Bildirilib ki, son illərdə bank xidmətlərinin rəqəmsallaşması nəticəsində onlayn kreditlərin verilməsi geniş yayılmışdır. Bu xidmət vətəndaşlara banka getmədən qısa müddətdə kredit almaq imkanı yaratsa da, eyni zamanda yeni hüquqi risklər də meydana çıxarıb:

"Azərbaycan qanunvericiliyi banklara məsafədən bank hesabı açmağa və kredit müqaviləsi bağlamağa imkan verir. Mərkəzi Bankın təsdiq etdiyi qaydalara əsasən, banklar onlayn xidmət göstərərkən gücləndirilmiş elektron imza, videozəng, videoçəkiliş, üz tanınması, birdəfəlik təsdiq kodu (OTP) və digər identifikasiya vasitələrindən istifadə edə bilərlər.

Son dövrlərdə məhkəmələrdə rast gəlinən mübahisələr göstərir ki, bəzi hallarda üçüncü şəxslər vətəndaşların fərdi məlumatlarını əldə edərək onların adından onlayn kredit rəsmiləşdirir və kredit vəsaitini öz hesablarına köçürürlər.

Təcrübədən görünür ki, bəzən vətəndaşlar özləri mobil telefonlarına göndərilən birdəfəlik təsdiq kodlarını (OTP), bank tətbiqinə giriş məlumatlarını və ya üz tanınması prosesini digər şəxslərlə paylaşırlar. Bu isə onlara qarşı dələduzluq hallarının baş verməsinə şərait yaradır.

Bir çox şəxs hesab edir ki, dələduzluğun qurbanı olduğu üçün kredit borcuna görə heç bir hüquqi məsuliyyət daşımır. Lakin hüquqi baxımdan məsələ bir qədər fərqlidir. Belə ki, vətəndaşlar özləri də fərdi məlumatlarının qorunmasına görə məsuliyyət daşıyırlar. Məsələn, hər bir şəxs FIN kodunu, şəxsiyyət vəsiqəsini və ya onun surətini, SMS təsdiq kodlarını, bank tətbiqinə giriş məlumatlarını, biometrik məlumatlarını (üz tanınması, barmaq izi və s.) başqalarına təqdim etməməli və onların təhlükəsizliyini təmin etməlidir".

İzahda vətəndaşlara aşağıdakı tövsiyələr verilib:

FIN kodunuzu, şəxsiyyət vəsiqənizi və ya onun surətini naməlum şəxslərə verməyin;

Biometrik məlumatlarınızın təhlükəsizliyini təmin edin;

SMS təsdiq kodlarını heç kimlə paylaşmayın;

Telefonunuza gələn bank bildirişlərini daim izləyin;

Mobil nömrənizi dəyişdikdə bunu banka dərhal bildirin;

Şübhəli zəng və mesajlara etibar etməyin;

Bank hesablarınızı mütəmadi yoxlayın;

Xəbəriniz olmadan adınıza kredit rəsmiləşdirildiyi halda dərhal banka və hüquq-mühafizə orqanlarına müraciət edin.

Vurğulanıb ki, onlayn kredit xidmətləri müasir bankçılığın ayrılmaz hissəsidir. Bu xidmətlər həm banklardan yüksək təhlükəsizlik standartları tələb edir, həm də vətəndaşların fərdi məlumatlarının qorunmasına diqqətli yanaşmasını zəruri edir:

"Məhkəmə təcrübəsi göstərir ki, təkcə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə hər bir konkret iş üzrə bankın davranışını, qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın öz hərəkətlərini və təqdim olunan bütün sübutları birlikdə qiymətləndirir".

Paylaş

Xəbər lenti

Azərbaycan 9 ayda 1,5 milyard manata yaxın borc qaytarıb Bu gün, 12:49 Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də... Bu gün, 12:49 Azərbaycan 9 ayda Qarabağ və Şərqi Zəngəzura 2 milyard manata yaxın pul qoyub Bu gün, 12:48 "SOCAR Polymer" 9 ayda ixracdan 197 milyon dollar gəlir əldə edib Bu gün, 12:48 Vəzifəli şəxslərə yeni qadağalar gəlir: Hansı gəlirləri əldə edə bilməyəcəklər? Bu gün, 12:48 TƏBİB-in mətbuat katibi Səhiyyə Nazirliyində fəaliyyətə başladı Bu gün, 12:48 Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb Bu gün, 12:48 Sabah yağış yağacaq, dağlıq ərazilərə qar düşə bilər - HAVA PROQNOZU Bu gün, 12:48 Professor Adilə Abbasova vəfat edib Bu gün, 12:48 14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi Bu gün, 11:48 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı Bu gün, 11:48 İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur Bu gün, 11:48 Ceyhun Bayramov Türkiyəyə səfər edib Bu gün, 11:48 Hökməli qəsəbəsinin sakinlərinin NƏZƏRİNƏ! Bu avtobuslar YENİLƏNİR Bu gün, 11:48 Azərbaycanda terrorçuluqda təqsirləndirilən 8 nəfərə hökm oxundu Bu gün, 11:48 İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik edib Bu gün, 11:48 Azərbaycanın turizm imkanları Asiya-Sakit okean regionundan 50-dən çox alıcıya təqdim olunur Bu gün, 11:48 İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu iddia edir Bu gün, 10:48 "Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar Bu gün, 10:48 Azərbaycanda yeni ombudsman seçiləcək Bu gün, 10:48 Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər" Bu gün, 10:48 Bakıda "PATA Hosted Buyers Summit Baku 2026" tədbiri keçirilir Bu gün, 10:48 Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib Bu gün, 10:48 Fuad Nağıyev: "PATA ilə əməkdaşlıq Asiya-Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsinə xidmət edir" Bu gün, 10:48 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? Bu gün, 09:48 Bakının və Abşeronun bu ərazilərində İŞIQ OLMAYACAQ Bu gün, 09:48 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib Bu gün, 09:48 Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib" Bu gün, 09:48 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı Bu gün, 09:48 Azeri Light neftinin qiyməti 125 dolları ötüb Bu gün, 09:48 ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı Bu gün, 08:48 Kəlbəcərdə AĞIR QƏZA: Bir nəfər ölüb, bir nəfər yaralanıb Bu gün, 08:48 Kredit götürənlərin NƏZƏRİNƏ - Banklar artıq bunu edə bilməyəcək Bu gün, 08:48 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir? Bu gün, 08:48 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat Bu gün, 08:48 14 yaşlı qızın faciəvi taleyi: Sığınacaqda ilk dəfə əlifbanı öyrənir Bu gün, 08:48 Sabah bir çox ərazilərdə işıq olmayacaq Bu gün, 00:48 Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ Bu gün, 00:48 Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır Bu gün, 00:48 Bunu etməklə hesabınızı itirə bilərsiniz - WhatsApp işlədənlərə XƏBƏRDARLIQ Dünən, 23:48 Sabah bir rayonda qaz olmayacaq Dünən, 23:48 Şəmkirdə ölüm hadisəsi baş verib Dünən, 23:48 BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur" Dünən, 23:48 Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin fotosu Dünən, 23:48 İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib Dünən, 22:48 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan Dünən, 22:48 Bakıda jurnalistlərə hücum edənlər saxlanıldı Dünən, 22:48 Göygöldə evdən meyit tapıldı Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR