
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü E. Əsgərov qarnın kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.
33 yaşlı kişini hansı şəraitdə bıçaqlanması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.