
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski II Fəxri Xiyabanda dəfn ediləcək.
Bu barədə AVESTA.AZ-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərhum sənətkarla vida mərasimi sentyabrın 9-u saat 14:30-da Səməd Vurğun adına Rus Dram Teatrında keçiriləcək.
*** 09:47
Azərbaycanın Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Şarovski vəfat edib.
AVESTA.AZ xəbər verir ki, rejissorun vəfatı ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyeva başsağlığı verib.
"Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!" - Mehriban Əliyeva sosial şəbəkə hesabında yazıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.